...

Arif Paşayev Beynəlxalq mühəndis akademiyasının "Qızıl medalına" layiq görülüb

Cəmiyyət Materials 27 Dekabr 2006 15:46 (UTC +04:00)

Azərbaycan Milli Aviasiya Akademiyasının (MAA) rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü Arif Paşayev Beynəlxalq mühəndis akademiyasının "Qızıl medalına" layiq görülüb. Bu barədə Trend AMEA-ya istinadən xəbər verir.

Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA akademiki, Beynəlxalq Mühəndis Akademiyasının, Beynəlxalq Nəqliyyat Akademiyasının, Beynəlxalq Ekoenergetika Akademiyasının, Beynəlxalq Elmlər Akademiyasının, Beynəlxalq İnformatizasiya Akademiyasının akademiki Arif Paşayev 1996-cı ildən MAA-ya başçılıq edir.

Son illər onun elmi fəaliyyəti yüksək temperaturlu keçirici maddələrin, dozimetrlərin, pilotsuz uçuş aparatlarının fiziki xüsusiyyətlərinin araşdırılması üçün unikal proqram-idarəedici elmi cihazların işlənməsinə yönəldilib.

A.Paşayev yarımkeçiricilərin və elmi cihazqayırma fizikası sahəsində 200-dən çox elmi məqalə, 5 monoqrafiya çap edib. O, 30-dan artıq ixtiranın müəllifidir.

Xəbər lenti

Xəbər lenti