...

MDB çərçivəsində mədəniyyət üzrə Dövlətlərarası Fond yaradılacaq

Cəmiyyət Materials 9 Yanvar 2007 12:44 (UTC +04:00)

MDB çərçivəsində mədəniyyət üzrə Dövlətlərarası Fond yaradılacaq. Bu barədə Trend ə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Bu təşəbbüslə MDB-nin mədəni əməkdaşlıq üzrə şurasının son iclasında Rusiya tərəfi çıxış edib. Fond YUNESKO-ya analoji bir təşkilat olmalı və Birlik məkanında humanitar əməkdaşlığın inkişafına xidmət etməlidir. Nazirlikdən bildirilər ki, Rusiya tərəfi Fondun iki illik fəaliyyət planını hazırlayıb və onun fəaliyyətinin maliyyələşdirilməsini hissə-hissə həyata keçirməyə hazırdır. Rusiyanın təşəbbüsü Azərbaycan, eləcə də Birliyin digər iştirakçı dövlətləri tərəfindən nəzərdən keçirilir.

Xəbər lenti

Xəbər lenti