...

Ombusman aparatının nümayəndələri rayonlardakı təcridxanalara baş çəkiblər

Cəmiyyət Materials 10 Yanvar 2007 19:21 (UTC +04:00)

Azərbaycanın insan haqları üzrə müvəkkili Elmira Süleymanovanın tapşırığı əsasında aparatın bir qrup əməkdaşı Cəlilabad, Biləsuvar və Salyan rayonlarının polis şöbələrində olub, müvəqqəti saxlama təcridxanalarına baş çəkiblər. Bu barədə Trend Ombusman aparatına istinadən xəbər verir.

Məlumata görə, ombusmanın nümayəndələri saxlanılan şəxslərlə görüşüb, onlarla təkbətək söhbət edib, saxlanma şəraitləri, qidalanmaları, tibbi xidmətin vəziyyəti ilə maraqlanıblar.

Xəbər lenti

Xəbər lenti