...

Cüdo üzrə Azərbaycan yığması hazırlıq planını dəyişib

Cəmiyyət Materials 13 Yanvar 2007 12:11 (UTC +04:00)

Cüdo üzrə Azərbaycan yığması bu ilin lisenziyalı yarışlarına hazırlıq planını dəyişməli olub.

Komandanın baş məşqçisi Ağayar Axundzadə Trend ə bildirib ki, oktyabr ayında kişi kollektivi Buxarestə yola düşməli idi, lakin Cüdo üzrə Avropa İttifaqı (EJU) yarışları Tallinə keçirib. O deyib: "İndi biz Estoniyaya yola düşməliyik, həm də payızda yox, artıq mayda. Buxarestdə isə qadın cüdoçuların yarışı keçiriləcək".

Qeyd edək ki, hazırda respublikanın bütün aparıcı cüdoçuları iki həftəlik təlim-məşq toplantılarındadır və yanvar ayında Tbilisidə keçiriləcək yeni ilin ilk beynəlxalq yarışına hazırlaşırlar.

Xəbər lenti

Xəbər lenti