...

Qafqaz müsəlmanlarının dini lideri Vatikana dəvət olunub

Cəmiyyət Materials 18 Yanvar 2007 13:09 (UTC +04:00)

Qafqaz müsəlmanları idarəsinin (QMİ) sədri şeyxülislam Hacı Allahşükür Paşazadə Vatikana dəvət alıb. Bu təklifi Vatikan dövlətinin Azərbaycandakı apostol nunsisi Klaudio Qucerotti şeyxülislamla görüşdə verib. Bu barədə Trend QMİ-yə istinadən xəbər verir.

Şeyxülislam ona ölkədəki dini vəziyyət, Qafqaz müsəlmanları idarəsinin işi, o cümlədən, artıq Həcc ziyarətindən qayıdan zəvvarlar, bir çox ölkələrin dini konfessiya rəhbərlərinin iştirak edəcəyi beynəlxalq konfrans haqqında məlumat verib.

K.Qucerotti Azərbaycanda dini vəziyyətin unikal olduğunu, dünyada çox nadir hallarda müşahidə olunan müxtəlif konfessiyaların ölkədə dinc şəkildə yaşadığını qeyd edib.

Apostol nunsisi 2004-cü ildə başlanmış dinlərarası dialoqu davam etdirmək üçün şeyxülislamın Vatikana yeni səfər etməsini istədiyini bildirib.

Görüşdə həmçinin Ukrayna katolik universitetinin rektoru Boris Qudzyak da iştirak edib. O, QMİ başçısını Azərbaycanda din xadimlərinin və müxtəlif konfessiya möminlərinin qarşılıqlı münasibətləri haqqında mühazirə silsiləsi ilə Ukrayna katolik universitetində çıxış etmək üçün dəvət edib.

Xəbər lenti

Xəbər lenti