...

Stokholmda 20 Yanvar faciəsinin ildönümü qeyd olunacaq

Cəmiyyət Materials 18 Yanvar 2007 15:56 (UTC +04:00)

Azərbaycan Federasyonu-İsveçin təşkilatçılığı ilə yanvar ayının 19-da saat 19.00-dan 21.30-dək Stokholm şəhərində qanlı 20 yanvar hadisəsinin 17-ci ildönümü qeyd olunacaq. Bu barədə Trend ə Federasiyanın təbliğat işləri üzrə məsulu Teymur Eminbəyli məlumat verib.

Anma mərasimində Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi yad ediləcək. Tədbirin təşkil olunması üçün AFİ rəhbərliyindən üç nəfərdən ibarət xüsusi komitə yaradılıb. Komitənin verdiyi məlumata görə, tədbir toplanti şəklində olmaqla İsveçdə yaşayan və habelə bu hadisələrin canlı şahidi olmuş soydaşlarımızın çıxışları ilə başlayacaq. Bundan sonra tədbirdə hadisələri əks etdirən videolentlər, fotolar və plakatlar nümayiş etdiriləcək. Tədbirə yüz nəfərə yaxın soydaşımızın və İsveçli qonaqların qatılacağı gözlənilir.

Tədbir Stokholmdan internet üzrə yayımlanan IATI (vahid Azərbaycan TI) vasitəsi ilə lentə alınacaq, həmçinin "Haray" radiosu ilə səsləndiriləcək.

Xəbər lenti

Xəbər lenti