...

20 yanvar qətliamının ildönümü İsveçin Malmö şəhərində qeyd olunacaq

Cəmiyyət Materials 19 Yanvar 2007 16:06 (UTC +04:00)

Yanvar ayının 20-də İsveçin Malmö şəhərində fəaliyyət göstərən "Xəzər" Cəmiyyəti qanlı yanvar hadisələrinin 17-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirəcək. Bu barədə Trend ə "Xəzər" Cəmiyyətindən məlumat verilib.

1990-cı il yanvarın 20-də Bakıda Sovet ordusu tərəfindən törədilmiş qətliamın qurbanlarının xatirəsi yad ediləcək. Mərasimdə qanlı yanvar gecəsinin şahidi olan və bu hadisəni şəxsi kamerasında videolentə alan şəxslər çıxış edəcək, videolentlər nümayiş olunacaq.

Xəbər lenti

Xəbər lenti