...

Leninqrad vilayətinin vitse-qubernatoru: "Azərbaycan Respublikası vətəndaşları üçün işçi kvotasının genişləndirilməsi vacibdir"

Cəmiyyət Materials 19 Yanvar 2007 18:30 (UTC +04:00)

Bu gün yanvarın 19-da Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş Konsulu Qüdsi Osmanov Leninqrad vilayəti hökumətinin vitse-qubernatoru Andrey Burlakov ilə görüş keçirib. Bu barədə Trend ə Baş Konsulluqdan məlumat verilib.

Görüş zamanı Rusiya Federasiyasında əmək miqrantlarına dair yeni üsulları nəzərə alaraq, Azərbaycan Respublikası vətəndaşları üçün əmək kvotasının böyük həcmdə alınması müzakirə olunub. A.Burlakov Leninqrad vilayətində işçi qüvvəyə böyük təlabat olduğunu qeyd edib. O, həmin tələb olunan işçi yerlərinə Azərbaycan Respublikasının vətəndaşlarının cəlb olunmasının və işçi kvotanın genişləndirilməsi üçün işlər görülməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Respublikası vətəndaşları üçün Rusiya Federasiyası müvafiq qurumları tərəfindən işçi kvotanın geniş həcmdə ayrılması üzrə işlərin aparılması davam etdirilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti