...

Gürcüstanın payız çempionu azərbaycanlı autsayderi uda bilmədi

Cəmiyyət Materials 27 Yanvar 2007 12:47 (UTC +04:00)

Gürcüstanın payız çempionu olan Rustavinin "Olimpi" klubu Azərbaycan çempionatında 10-cu yerdə olan Zaqatalanın "Simurq" klubuna qalib gələ bilməyib. Tbilisidə keçirilən yoxlama oyunun da heç-heçə qeydə alınıb (1:1).

Trend in Tbilisidəki xüsusi müxbiri xəbər verir ki, bu zaman yeni məşqçi Revaz Dzodzuaşvilinin rəhbərliyi altında "Olimpi" klubu oyunun sonuna qədər uduzub. Azərbaycan futbolçuları birinci taymın ortasında hesabı açıb və oyunun sonuna qədər üstünlüyü qoruyub saxlayıblar.

Fasilədən sonra gürcü komandası əvəz çıxmağa çalışıb və bunun üçün bəzi məqamlar olub, lakin yalnız sonuncu dəqiqədə oyunu heç-heçə ilə başa vura biliblər.

Maraqlıdır ki, "Olimpi" əsas heyəti ilə oynayırdı.

Xəbər lenti

Xəbər lenti