...

Qrossmeyster Teymur Rəcəbov Veyk-An-Zeyedəki turnirdə qalib gəldi

Cəmiyyət Materials 29 Yanvar 2007 13:45 (UTC +04:00)

Mövsümə uğurla başlamış azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Veyk-An- Zeyedəki superturnirin qalibi olub.

Trend xəbər verir ki, yerli şahmatçı son turda yarışın əsas favoritlərindən biri, liderliyini bölüşdürdüyü bolqar Veselin Topalovla heç-heçə oynayıb. Hər iki idmançı 8,5 xal toplayıb, həm də hollandiyalı Sergey Tivyakova qalib gəlmiş erməni Levon Aronyan da eyni göstərici nümayiş etdirib. Turnirin reqlamentinə əsasən, hər üç şahmatçı qalib hesab olunub və əsas mükafatı öz aralarında bölüblər.

Qeyd etmək lazımdır ki, T.Rəcəbov Veyk-An-Zeyedəki yarışı olduqca yaxşı keçirib. O, turnirin gedişində yaxşıların yaxşısı olaraq beş qələbə qazanıb.

Xəbər lenti

Xəbər lenti