...

"Cavad Xan" filmində istifadə olunacaq qədimi döyüş alətləri üçün sifariş verilib

Cəmiyyət Materials 29 Yanvar 2007 15:11 (UTC +04:00)

Gəncənin sonuncu xanı Cavad xan haqqında çəkilən eyniadlı filim üçün Gəncə rəssamlarına 200 il əvvəlki döyüş alətlərinin nüsxələrini hazırlamaq tapşırılıb. Bu barədə məlumatı Trendə tətbiqi sənət ustalarından olan Mübariz Əkbərov verib.

Təqribən 2 ay bundan əvvəl sözügedən filmin prodüsserləri Cavad xanın geydiyi hərbi dəbilqələri hazırlamaq üçün şəhərin tətbiqi sənət ustalarına Mübariz Əkbərov və Şaiq Məmmədova müraciət ediblər. O vaxtların dəbilqələrini, dizliklərini, çiyinliklər, qolcaqlar, sinəlik və digər döyüş alətlərini düzəltmək üçün rəssamlar tarixə müraciət ediblər. Və işlər 2 ay müddətinə sona çatacaq.

Qeyd edək ki, Cavad Xan haqqında film dövlət sifarişi ilə Sabir Rüystəmxanlının ssenarisi əsasında çəkiləcək. Filmdə Cavad xan obrazını xalq artisti Nurəddin Mehdixanlı yaradacaq.

Xəbər lenti

Xəbər lenti