...

"MKT-Araz" futbol klubu tərkibini müəyyənləşdirdi

Cəmiyyət Materials 30 Yanvar 2007 16:00 (UTC +04:00)

Azərbaycan çempionatında ikinci yerdə gedən "MKT-Araz" futbol klubu qış fasiləsi mərhələsində tərkibinin formalaşdırılmasını başa çatdırıb.

Trend xəbər verir ki, komanda bir neçə legionerlə əlaqəni kəsərək yerli futbolçularla kontrakt imzalayıb. Bu legionerlər özlərini imişlilərin heyətində göstərə bilməyən Anatoliy Stavila və braziliyalı Fabio Luişdir. Komandanın baş məşqçisi bununla əlaqədar olaraq "MKT-Araz"a "Karvan"dan müdafiəçi Elnur Abbasovu, həmçinin bir zamanlar "Şəfa"da oynamış yarımmüdafiəçi İlyas Qurbanovu cəlb edib.

Qeyd etmək lazımdır ki, hazırda kollektiv Antaliyada təlim məşq toplantıları keçir, orada çempionatın ikinci dövrəsinin başlanması ərəfəsində yoxlama görüşlər keçirir.

Xəbər lenti

Xəbər lenti