...

"Quş qripi" təhlükəsi ilə əlaqədar Salyanda bu gün monitorinq keçirilib

Cəmiyyət Materials 31 Yanvar 2007 16:23 (UTC +04:00)

Dövlət Baytarlıq xidmətinin Salyandakı İdarəsinin baş həkimi Məhəmməd Həsənovun verdiyi məlumata görə, bu gün Salyandakı Şirvan Milli Parkında monitorinq keçirilib. Tədbirdə Ekologiya və Təbii Sərvətlər, Səhiyyə nazirliklərinin və "Ovçular" cəmiyyətinin mütəxəssisləri də iştirak edib.

Nümunə kimi ovlanmış çöl quşlarının cəsədləri müayinə üçün Bakıdakı laboratoriyaya aparılıb.

M.Həsənov onu da qeyd etdi ki, Salyanda ev və çöl quşları arasında kütləvi tələfat halları müşahidə olunmur. Salyan rayon mərkəzi xəstəxanasının baş həkimi İbrahim Cəfərov isə rayon ərazisində, xüsusilə Dayıkənd kəndində sakinlər arasında heç bir təhlükəli əlamətin müşahidə edilmədiyini, vəziyətə Səhiyə Nazirliyi tərəfindən tam nəzarət olunduğunu dedi.

Xəbər lenti

Xəbər lenti