...

Ümumdünya Səhiyyə Təşkilatının nümayəndə heyəti Bakıya gəlir

Cəmiyyət Materials 7 Fevral 2007 16:36 (UTC +04:00)

Bu gün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndə heyəti Bakıya gəlir. ÜST-nın Bakı nümayəndəliyindən Trend ə bildiriblər ki, nümayəndə heyətinin tərkibində həmçinin farmakologiya şöbəsi sədri və ÜST Avropa regional büro rəhbərinin müavini Nata Menabde var.

Təşkilat mütəxəssislərinin səfərinin əsas məqsədi fevralın 8-9-da Bakıda keçiriləcək kontrofakt dərman preparatları ilə mübarizə üzrə konfransda iştirak etməkdir.

İkigünlük səfər çərçivəsində ÜST nümayəndələrinin Azərbaycan dövlət müəssisələrinin bəzi rəsmi şəxsləri ilə görüşü də planlaşdırılır.

Konfrans kontrofakt dərman preparatları ilə ticarət kimi ciddi problemə ictimaiyyətin diqqətinin cəlb edilməsi və beynəlxalq qüvvələrdən istifadə etməklə bunun qarşısının alınması yollarına bütün gücün cəmləşdirilməsinə yönəlib.

Xəbər lenti

Xəbər lenti