...

Azərbaycan qılıncoynadanları Orleanda Dünya kuboku mərhələsinə yola düşüblər

Cəmiyyət Materials 8 Fevral 2007 16:00 (UTC +04:00)

Azərbaycanın qadınlardan ibarət qılıncoynatma komandası Orleana yola düşüb. Orada fevralın 10-da Dünya kubokunun növbəti mərhələsi başlayır.

Milli Federasiyanın vitse-prezidenti Yaşar Məmmədovun Trend ə verdiyi xəbərə görə, Fransada çıxış qılıncoynadanlar üçün debüt xarakteri daşıyacaq, belə ki, bununla onlar öz beynəlxalq mövsümlərini açacaqlar. Komandanın tərkibinə Dünya və Avropa çempionatının bürünc mükafatçısı Janna Muradqızı, Səbinə Əmrahzadə, Sevil Bünyatova və Aidə Ələsgərova daxildir. Qılıncoynadanların çoxusu yüksək səviyyədə çıxış etməkdə böyük təcrübəyə malik deyillər, ona görə turnirdə iştirak, ilk növbədə, təcrübə qazanmaq baxımından vacib olacaq.

Qeyd etmək lazımdır ki, komandanın fəaliyyətinə Fikrət Vəliyev rəhbərlik edəcək. O, həm də yarışın hakimlərindən biri olacaq.

Xəbər lenti

Xəbər lenti