...

Almaniyanın Frankfurt şəhərində görkəmli türkşünas Erix Fayqlın xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib

Cəmiyyət Materials 8 Fevral 2007 16:34 (UTC +04:00)

Almaniyanın Frankfurt şəhərində Türk dünyasının dostu, görkəmli alim, Avropa Azərbaycanlıları Konqresi İdarə Heyətinin fəxri üzvü, professor Erix Fayqlın xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Dövlət Komitəsi və Avropa Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin birgə təşkil etdiyi tədbirə Mayns Azərbaycan Cəmiyyəti, Almaniyadakı türk diasporunun fəal üzvləri, İqdırlılar Yardımlaşma və Dayanışma Dərnəyinin təmsilçiləri qatılıblar.

Anım mərasimində Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Ialeh Hacıyev, İqdırlılar Yardımlaşma və Dayanışma Dərnəyinin sədri Həsən Aydınlık, Avropa Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin prezidenti Başar Kömür, Höte Universitetinin professoru Hans-Peter Frühauf, Avropa Türk İslam Birliyinin fəxri sədri Musa Sərdar Çələbi də iştirak ediblər.

Mərasimdə çıxış edənlər görkəmli alimin Türk dünyası qarşısındakı xidmətlərindən danışıb, onun qondarma "erməni soyqırımı" iddialarının heç bir tarixi əsasa söykənmədiyini sübuta yetirən əsərləri barədə fikirlərini bölüşüblər. Çıxış edənlər E.Fayqlın Azərbaycanı və Türkiyəni ürəkdən sevdiyini, onun ölkəmizlə çox sıx dostluq əlaqələrinə malik olduğunu xatıradıblar.

Xəbər lenti

Xəbər lenti