...

"Təhsil kreditləri haqqında" qanun layihəsinin ictimai müzakirəsi keçirilib

Cəmiyyət Materials 12 Fevral 2007 17:32 (UTC +04:00)

Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər Təşkilatı (AKTAM) və Azərbaycanda Iətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AICİYA) birgə təşkilatçılığı ilə fevralın 12-də Beynəlxalq Mətbuat Mərkəzində "Təhsil kreditləri haqqında" qanun layihəsinin ictimai müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib. Trend in məlumatına görə, toplantıda Təhsil Nazirliyinin, Milli Məjlisin Elm və Təhsil Komissiyasının və QHT sektorunun təmsilçilərinin iştirak ediblər.

AVCİYA- nın vitse prezidenti Vəli Əlibəyov bu qanunun zəruriliyindən danışaraq, onun bu gün üçün böyük əhəmiyyət kəsb edə biləcəyini vurğulayıb. Qanun layihəsinin hazırlanmasının səbəb və məqsədlərin toxunan Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər təşkilatının rəhbəri Natiq Əhmədov "Təhsil kreditləri haqqında" qanun layihəsinin artıq Milli Məclisinə təqdim edildiyini diqqətə çatdırıb: "Hazırlanmış qanunun məqsədləri təhsil kreditlərinə, ali ixtisas təhsilinin maliyyələşdirilməsinin effektiv iqtisadi mexanizmlərinə, keyfiyyətli təhsilin alınmasına dair eyni imkanların və təminatın artırılmasına dövlət yardımı sisteminin yaradılmasıdır".

N.Əhmədovun fikrincə, qanun layihəsi hazırlanarkən mütəxəssis qrupu tərəfindən Rusiya Federasiyasının, Qazaxstan, Gürcüstan, Çin Xalq Respublikası s. ölkələrin bu məsələdə təcrübəsi ətraflı öyrənilib. Qanun 4 fəsildən, 22 maddədən ibarətdir. Fəsillər ümumi müddəalara, təhsil kredit müqaviləsinə, təhsil kreditlərinə dövlət dəstəyinə və təhsilin kreditləşdirilməsinə dövlət yardımı üzrə xərclərin maliyyələşdirilməsinə həsr olunub.

Xəbər lenti

Xəbər lenti