...

Axıska türklərinin Gürcüstana qayıdışı ilə bağlı danışıqlar davam etdirilir

Cəmiyyət Materials 16 Fevral 2007 12:19 (UTC +04:00)

Gürcüstandan deportasiya olunan Axıska türklərinin mərkəzi qərərgahı Moskvada yerləşən beynəlxalq "Vətən" Cəmiyyətinin sədri Süleyman Barbakadze və Azərbaycanda yaşayan Axıska türklərinin "Vətən" Cəmiyyətinin sədri İbrahim Burhanov Tbilisidə Gürcüstan rəsmiləri ilə danışıqlar aparırlar. Bu barədə Trend ə "Vətən" Cəmiyyətindən məlumat verilib.

Məlumatda bildirilib ki, görüşlərdə Axıska türklərinin Gürcüstana qayıdışı ilə əlaqədar məsələlər müzakirə olunur.

Qeyd edək ki, Axıska türklərinin Gürcüstana qayıtmasını təmin etməli olan qanun layihəsinin yaxın günlərdə bu ölkənin parlamentində yenidən müzakirə olunacağı gözlənilir.

Xatırladaq ki, Gürcüstan Avropa Şurasına daxil olarkən Axıska türklərinin öz doğma yerlərinə qayıtmasını təmin edəcəyi ilə bağlı öz üzərinə öhdəlik götürüb.

Axıska türkləri 1940-cı illərdə keçmiş SSRİ-nin o zamankı rəhbəri İosif Stalinin göstərişi ilə heç bir səbəb olmadan Sibirə və Qazaxıstana sürgün ediliblər.

Hazırda dünyanın müxtəlif ölkələrində 400 minə yaxın Axıska türkü yaşayır.

Xəbər lenti

Xəbər lenti