...

"AzərReyl" voleybolçuları icarəyə verilə bilərlər

Cəmiyyət Materials 16 Fevral 2007 17:04 (UTC +04:00)

"AzərReyl" klubunun voleybolçuları yaxın vaxtlarda ənənəyə görə mayda başa çatan Avropa ölkələri çempionatlarının sonuna qədər icarəyə verilə bilərlər.

Trend ə məlum olduğu kimi, "AzərReyl" üçün beynəlxalq mövsümün başa çatdığını nəzərə alaraq, idmançı qızların yarış təcrübəsini saxlamaq məqsədilə bu addım atıla bilər. Çempionlar liqasının pley-off çərçivəsində iki görüşdə Berqamodan olan "Foppapedretti" klubuna məğlub olaraq, voleybolçu qızlar Avropa kubokundakı çıxışlarını dayandırıblar.

Qeyd etmək lazımdır ki, Avropanın bir sıra aparıcı komandaları azərbaycanlı voleybolçulara maraq göstərirlər və onlar yarışın qrup mərhələsinin ən yaxşı bombardiri Natalya Məmmədovanı, libero Valeriya Korotenkonu, Oksana Quliyevanı və başqa oyunçuları öz tərkiblərində görmək istəyirlər.

Xəbər lenti

Xəbər lenti