...

Naxçıvan cüdoçuları beynəlxalq turnirdə 6 medal qazanıb

Cəmiyyət Materials 28 Fevral 2007 11:24 (UTC +04:00)

Azərbaycan, Naxçıvan/ Trend müxbir C.Qurbanoğlu/ Naxçıvan cüdoçuları beynəlxalq turnirdə 6 medal qazanıb. Trend in Naxçıvan Bürosu bu barədə Naxçıvan MR Gənclər və İdman Nazirliyinin məlumatına istinadən xəbər verir.

Qeyd edək ki, İranın Urmiya şəhərində artıq III dəfədir ki, təşkil olunan turnirdə Naxçıvan idmançıları məşqçi Yaşar Səfərovun rəhbərliyi ilə 10 nəfərlə təmsil olunurdu. İştirakçılardan Fuad Sadıqov 73 kq çəki dərəcəsində 4 görüşün hamısını qələbə ilə başa vuraraq ilk pilləyə layiq görülüb. Digər 4 idmançı Əli İsmayılov, Babək Bağırlı, Orxan Cəfərov və Faiq Əzizov yalnız final görüşlərində büdrəyərək gümüş medalla kifayətlənməli olub. Digər iştirakçı Əli Kərimov 60kq-da bürünc medal qazanıb.

Sabah isə sərbəst güləşçilərimiz mübarizəyə qoşulacaq. Elə həmin şəhərdə təşkil olunacaq sərbəst güləş üzrə beynəlxalq turnirdə iştirak edəcək 10 nəfərdən ibarət heyətə isə Elbrus Həsənov rəhbərlik edir.

Xəbər lenti

Xəbər lenti