Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 56 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edib. Müsabiqə Sənaye və Energetika Nazirliyində 13, Mədəniyyət və Turizm Nazirliyində 4, Hesablama Palatasında 23, Nəqliyyat Nazirliyində 7, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində 4, Azərbaycan Respublikasının Pezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində isə 5 yer üçün keçiriləcək.
Həmin vəzifələri tutmaq istəyənlər martın 6-dan aprelin 4-dək tələb olunan sənədləri Komissiyaya təqdim edə bilərlər.
Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin