...

Göygölə yeni avtomobil yolu çəkiləcək

Cəmiyyət Materials 9 Mart 2007 18:13 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncədə yeni istirahət güşələrinin yaradılması məqsədi ilə Gəncə şəhər İcra Hakimiyətinə iş adamları tərəfindən çoxlu sayda müraciətlər daxil olub. Bu barədə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov məlumat verib.Bu təkliflər hələlik Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müzakirə olunur. E. Əzizov əlavə edib ki, Göygöldə inşası təklif olunan istirahət mərkəzləri memarliq baxımından da maraqlı olmalıdır.

Müsahib həmçinin əlavə etdi ki, Göygölə yeni avtomobil yolunun çəkilməsi də planlaşdırılır. Hazırda bu layihə üzərində iş gedir.

Xəbər lenti

Xəbər lenti