...

Türkiyənin 11 nüfuzlu ali təhsil müəssisəsində azərbaycanlı tələbələr üçün 48 yer ayrılıb

Cəmiyyət Materials 10 Mart 2007 12:21 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) təhsil sahəsində dövlətlərarası razılaşmaya əsasən Türkiyə Respublikasının ali məktəblərinə tələbə qəbulu keçirir. TQDK-dan verilən məlumata görə sənəd qəbulu martın 28-dən aprelin 14-nə qədər ölkənin müxtəlif yerlərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran və Şəkidə təşkil olunacaq Sənəd Qəbulu Komissiyalarında aparılacaq.

Bu il Türkiyənin ən nüfuzlu 11 ali məktəbində 21 ixtisas üzrə 48 yer ayrılıb.

Bunların arasında Ankara Universiteti (İspan dili və ədəbiyyatı, İtaliyan dili və ədəbiyyatı), Boğaziçi Universiteti (siyasi elmlər və beynəlxalq əlaqələr), Ege Universiteti (kompüter mühəndisi, tibb), İstanbul Texniki Universiteti (telekommunikasiya üzrə mühəndis), Qazi Universiteti (ekonometriya və tibb), Hacettepe Universiteti (Amerika mədəniyyəti və ədəbiyaytı), Mərmərə Universiteti (sığorata işi) və digərləri yer alıb.

Ankara Universitetində İtalyan dili və ədəbiyyatı, İspan dili və ədəbiyyatı ixtisaslarına daxil olan tələbələr üçün bir il müddətində hazırlıq kursları keçiriləcək. Dərslərin ingilis dilində aparıldığı universitetlərdə isə bir il ərzində ingilis dili fənni üzrə hazırlıq kursaları keçiriləcək. Bu kursun keçirildiyi bir il isə təhsil ili kimi hesablanmır. Azərbayacanlı tələbələrin təhsillə bağlı bütün xərclərini isə Türkiyə Respublikası qarşılayacaq. Abituriyentlər imatahanları həm Azərbaycan, həm də rus dillərində verə bilərlər. Qəbul imtahanı 22 aprel 2007-ci il tarixində mərkəzləşdirilmiş qaydada test üsulu ilə TQDK trərfindən aparılacaq.

Xəbər lenti

Xəbər lenti