...

"AzərReyl" daha voleybolçularını icarəyə verməyi planlaşdırmır

Cəmiyyət Materials 13 Mart 2007 17:17 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend Z.Səfərov/ Qadınlardan ibarət voleybol klubu "AzərReyl" daha öz oyunçularını icarəyə verməyi planlaşdırmır.

Milli Federasiyanın mətbuat katibi Zöhrab Gözəlbəylinin Trend ə verdiyi məlumata görə, bir sıra xarici komandalar milli valeybolçularımızın oyunlarına maraq göstəriblər, ancaq rəhbərlik dəvətə qəti etirazla cavab verib. " Məşqçilər qərargahı çempionlar Liqasında iştirakdan sonra oyunçulara bir az istirahət vermək istədi, sonra yığmanın tərkibində məşqlər başladı, bu mövsüm isə heç də asan olmayacaq. Elə meydanda ikən klubun liderləri icarəyə verildi, onlar isə çox böyük oyun təcrübəsi qazana bilərdilər ",- deyə Gözəlbəyli bildirib.

Qeyd edək ki, son illər Avropa kuboku mərhələlərində ən yaxşı bombardir olan Natalya Məmmədova İtaliyanın "Biqmat Sanpaolo Keri" ilə müqavilə imzalayıb, Yelena Parxomenko isə "Megius Padovu"ya keçib, Valeriya Karatenko və Aksana Quliyeva isə İsveçrənin "Valero"suna kömək edirlər.

Xəbər lenti

Xəbər lenti