...

Naxçıvanda tarixi tikili "Cümə" məscidində bərpa işləri aparılır

Cəmiyyət Materials 14 Mart 2007 11:21 (UTC +04:00)

Azərbaycan,Naxçıvan/müxbir Trend C.Qurbanoğlu/Naxçıvanda tarixi tikili "Cümə" məscidində bərpa işləri aparılır. Bu barədə Naxçıvan MR Nazirlər Kabineti Elmi-Bərpa İstehsalat İdarəsinin baş mühəndisi Azər Nəsirli məlumat verib. Onun sözlərinə görə, prosesin ilk mərhələsi ötən il başa çatıb. Bu müddət ərzində binanın çöl divarları və həyətyanı sahədə köməkçi otaqlar bərpa edilib: "Məcsidin bərpası zamanı binanın qədimiliyinin maksimum qorunmasına çalışırıq. Tarixi binada bərpa işlərinin ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulur".

Ümumi sahəsi 1000 kvadratmetr olan "Cümə" məscidi XVIII-XIX əsrlərdə Hüseyn Təbrizi tərəfindən inşa edilib. Məscid binasında sonuncu dəfə 1894-cü ildə Hacı Məhəmməd Cəfər Ağanın təşəbbüsü ilə əhali tərəfindən bərpa işləri aparılıb. Bu qədim tarixi tikili 2000-ci ildən Naxçıvan şəhər məscidi kimi fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti