...

Mətbuat Şurası həbsdə olan jurnalistlərlə bağlı Prezident yanında Əfv Komissiyasına müraciət etməyəcək

Cəmiyyət Materials 15 Mart 2007 18:30 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Mətbuat Şurası həbsdə olan jurnalistlərlə bağlı Prezident yanında Əfv Komissiyasına müraciət etməyi məqbul saymayıb. Bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.

Şuranın İdarə Heyətinin martın 15-də keçirilən iclasında bir sıra məsələlər müzakirə olunub, həmçinin hazırda həbsdə olan jurnalistlərlə bağlı qurumun daimi Komissiyasının hesabatı dinlənilib. Bu jurnalistlərlə əlaqədar Şuranın apardığı araşdırmalardan məlum olub ki, onların həbsi peşə fəaliyyətləri ilə deyil, tamam başqa motivlərlə bağlıdır: "Ona görə də Əfv Komissiyasına müraciət etməmək barədə qərar çıxarıldı. Bu qərarı verərkən həm bu jurnalistərin başqa səbəblərlə ittiham edilməsi, həm onların yaxınlarının Əfv Komissiyasına müraciət etmək imkanına malik olması, həm də Mətbuat Şurasına bu barədə konkret müraciətlər daxil olmaması əsas gətirilib".

Amaşov onu da əlavə edib ki, Mətbuat Şurası həbsdə olan "Azadlıq" qəzetinin əməkdaşı Mirzə Sakitin əfvi üçün müvafiq orqanlara müraciət edib. Amaşovun sözlərinə görə, təxminən 4-5 nəfər qalan jurnalistlər isə peşə fəaliyyətinə aid olmayan müxtəlif motivlərlə həbsə alınıblar.

Xəbər lenti

Xəbər lenti