...

Azərbaycan fiqurçuları dünya çempionatında 12-ci nömrəni qazanıblar

Cəmiyyət Materials 19 Mart 2007 16:31 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend Z.Səfərov/ Kristin Freyzer - İqor Lukan rəqs cütlüyü martın 20-də Tokioda başlayan dünya çempionatında 12-ci nömrəni qazanıblar.

Trend in məlumatına görə, Olimpiadanın üçqat iştirakçıları 3-cü qrupa düşüblər. Burada həmçinin, Litvadan Ketrin Kopeli - Devidas Staqniunas, Çin nümayəndələri Ksitonq Xuanq - Ksun Zenq, fransızlar Natali Peşo - Fabyen Borzo, həmçinin dünya çempionatının medalına iddiaçılardan biri hesab olunan bolqar dueti Albena Denkova - Maksim Stavisski də var.

Bununla bərabər iştirakçılar vacib proqramda "Rumba" kompazisiyasını ifa etməlidirlər. Bu ifayla buz uzərinə Freyzerlə Lukan çıxacaqlar.

Qeyd etmək lazımdır ki, birincilikdə Rusiya, ABŞ, Kanada və digər ölkələrdən 29 duet iştirak edir.

Xəbər lenti

Xəbər lenti