...

Deputat Hüseyn Abdullayevin apellyasiya şikayəti üzrə prosesin vaxtı müəyyənləşib

Cəmiyyət Materials 28 Mart 2007 13:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Deputat toxunulmazlığı ləğv olunmuş Hüseyn Abdullayevin apellyasiya şikayəti üzrə prosesin vaxtı müəyyənləşdirilib. Apellyasiya Məhkəməsindən Trend ə verilən məlumata görə, Nəsimi rayon məhkəsinin Abdullayev barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında qərarından verilmiş apellyasiya şikayətinə hakim Ələkbər Quliyevin sədrliyi ilə martın 30-da baxılacaq. Şikayətdə Abdullayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı, girov və ya zaminə buraxılma qətimkan tədbirləri ilə əvəzlənməsi xahiş olunur.

Vəkil Kamandar Nəsibov bildirib ki, onun vəsatəti əsasında Abdullayev tibbi müayinədən keçirilib. Hələlik müayinənin nəticələri barədə tibbi rəy verilməyib.

Abdullayevin deputat toxunulmazlığı baş prokurorun təqdimatı ilə Milli Məclisin martın 19-da keçirilmiş fövqəladə iclasında ləğv olunub və həmin gün o, məhkəmənin qərarı ilə həbs edilib. Abdullayev hazırda Bayıldakı 1 saylı İstintaq Təcridxanasında saxlanılır. Barəsində Cinayət Məcəlləsinin 132-ci (döymə) və 221.2.2-ci (xuliqanlıq) maddələri ilə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi açılıb və istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti