...

"Böyük ipək yolu" turniri Azərbaycan yığmasında dərəcə probleminə aydınlıq gətirəcək

Cəmiyyət Materials 28 Mart 2007 14:56 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend Z.Səfərov/ Bakıda yarışa başlayan "Böyük ipək yolu" Beynəlxalq boks turniri Azərbaycan yığmasında çəki dərəcəsi probleminə aydınlıq gətirəcək.

Komandanın baş məşqçisi Məmməd Eyvazovun Trend ə verdiyi məlumata görə, onu 75 kq-dək çəkidə olanların vəziyyəti narahat edir. Bunların arasında isə son vaxtlar açıq-aydın təslim olan Avropa çempionatının gümüş mükafatçısı Rahib Bəylərov da var. "O, Bakıda keçənliki Dünya Kubokunda da pis boks oyunu göstərdi. Əlindən aldığı zədə isə vəziyyəti daha da çətinləşdirdi. Bununla bərabər müxtəlif zədələrdən turnirdə komandanın kapitanı Şahin İmranov və Ruslan Xairov da iştirak etmirlər" - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti