Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Qobustan qapalı həbsxanasında cəza çəkən ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənmiş 10 məhkum bu gündən aclığa başlayıb. Həbsxananın rəisi Əlizadə Hüseynov Trend ə bildirib ki, onların yeganə tələbləri cəzalarının 15 ilə endirilməsidir.
Rəis aclıq edən məhkumların həkim nəzarətində saxlanacağını bildirib. Hüseynovun sözlərinə görə, məhkumlar arasında müalicə məqsədilə bu aksiyaya qoşulanlar da var. Həmin məhkumlar mütəmadi olaraq müalicə məqsədilə aclıq edirlər.
Həbsxanada ömürlük azdlıqdan məhrum edilmiş 200-dən çox məhkum cəza çəkir. Onların 86-sı ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənmiş məhkumlardır.