...

Yunanıstan voleybolçu Heydər Əliyevin xatirəsinə həsr olunan turnirdə iştirak edəcək

Cəmiyyət Materials 31 Mart 2007 13:14 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend Z.Səfərov/ Avqustda Bakıda keçiriləcək Heydər Əliyevin xatirəsinə həsr olunan turnirdə iştirak etmək üçün Azərbaycan Voleybol Federasiyasının dəvətinə cavab verənlərin sayı 4-ə çatıb. Trend ə verilən məlumata görə, Türkiyə, Bolqarıstan və Slovakiyanın ardınca Yunanıstan da yarışda iştirak etməyə razılığını bildirib. Düzdür, yuxarıda göstərilən yığmalar turnirdə iştirak etmək istəklərini yenidən təsdiq etməlidirlər, çünki Avropa Qran-Prisinin başlaması səbəbindən onun vaxtı bir həftə müddətinə dəyişdirilib. Buna görə də avqustun 21-26-da baş tutacaq yarış komandalar üçün Belçikada keçiriləcək Avropa çempionatına mühüm hazırlıq mərhələsi olacaq.

Xəbər lenti

Xəbər lenti