...

Millət vəkili: "Korrupsiyaya qarşı mübarizə ilə bağlı bir neçə qanun layihəsi ekspertiza üçün Avropa qurumlarına göndərilib"

Cəmiyyət Materials 3 Aprel 2007 14:02 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibində yaradılmış işçi qruplar korrupsiyaya qarşı mübarizə ilə bağlı bir sıra qanunlar hazırlayıb və həmin layihələr Avropa qurumlarına ekspertizaya göndərilib. Bu barədə çərşənbə axşamı Bakıda Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvü, millət vəkili Bəxtiyar Əliyev məlumat verib.

Onun sözlərinə görə, ekspertizaya göndərilən layihələr arasında "Vəzifəli şəxslərin maraqlarının toqquşması haqqında" qanun da var: "Həmin qanun layihəsi yaxın günlərdə Milli Məclisə təqdim olunacaq."

B.Əliyev bildirib ki, bundan başqa "Korrupsiyaya qarşı mübarizə haqqında" və "Dövlət qulluğunun idarəedilməsi haqqında" qanunların icra edilməsi ilə bağlı bir sıra törəmə qanunların qəbul olunması vacibdir və bu sahədə işlər aparılır.

Onun sözlərinə görə, vəzifəli şəxslərin öz gəlirləri haqqında deklorasiya təqdim etmələri üçün iş aparılır: "Bu, heç də asan məsələ deyil. Bunu elə həyata keçirmək lazımdır ki, şəffaflıq tam təmin olunsun və insanların əsas hüquq və azadlıqları, mülkiyyət, mənzil, vətəndaşlıq hüquqları pozulmasın. Hüquqi dövlətdə bu məsələlər hüquq çərçivəsində həll olunmalıdır."

Xəbər lenti

Xəbər lenti