...

Gəncədə səhiyyə işçiləri tibbi müayindən keçirilir

Cəmiyyət Materials 3 Aprel 2007 17:01 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V. Məmmədov/ Gəncədə səhiyyə işçiləri tibbi müayindən keçirilir. Bu barədə çərşənbə axşamı Gəncə şəhər Sanitar Epidemiologiya Mərkəzinin şöbə müdiri Almaz Tomiyeva məlumat verib.

Onun sözlərinə görə, artıq Gəncənin səhiyyə işçilərinin 30 faizi tibbi müayinədən keçib. Onlardan götürülən qan analizlərində QİÇS, hepatit B və C formaları yoxlanılır. Tomiyeva bildirib ki, bu günə kimi səhiyyə işçilərindən götürülən analizlərdən heç birində sözügedən xəstəliklər aşkarlanmayıb.

Xəbər lenti

Xəbər lenti