...

Azərbaycan və Türkiyənin teleradio yayımı sahəsindəki hüquqi bazası müzakirə olunacaq

Cəmiyyət Materials 5 Aprel 2007 12:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Türkiyənin Radio-Televizyon Üstqurumu başqanının iştirakı ilə Azərbaycan Mətbuat Şurası və Türkiyə səfirliyinin birgə təşkilatçılığıyla Bakıda konfrans keçiriləcək. Bu barədə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.

Türkiyənin Radio-Televizyon Üstqurumunun başqanı Zahid Akman Azərbaycanın Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin dəvəti ilə cümə axşamı Bakıya səfərə gəlir. Səfər çərçivəsində Zahid Akmanın rəhbərlik etdiyi nümayəndə heyəti AzTV və İctimai Televiziyada, Milli Teleradio Şurasında, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində, Türkiyə səfirliyində görüşlər keçirəcək. Üstqurumla Milli Teleradio Şurası arasında birgə əməkdaşlıq haqqında protokol imzalanacaq.

Şənbə günü Türkiyə səfirliyində "Radio-televiziya yayımı və qanuni düzənləmələr" mövzusunda konfrans təşkil olunacaq. Həmin tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Qarslıoğlu, Zahid Akman, Nuşirəvan Məhərrəmli, Əflatun Amaşov və digər şəxslər çıxış edəcək, Azərbaycanla Türkiyənin teleradio sahəsində oxşar və fərqli cəhətləri müzakirə ediləcək, fikir və təcrübə mübadiləsi aparılacaq. Amaşovun sözlərinə görə, sonda təcrübə mübadiləsinə dair sənəd də qəbul oluna bilər.

Xəbər lenti

Xəbər lenti