Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənmiş məhkumların problemi hökumət tərəfindən araşdırılır. Bu barədə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov məlumat verib.
Onun sözlərinə görə, AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Toni Lloyd hazırladıqları məruzədə bu məsələyə də toxunublar.
"Məruzədə qeyd olunub ki, belə bir problem var və tövsiyyə olunub ki, həmin məhkumların cəzaları müddətli həbslə əvəzlənsin. Hazırda hökumət bu məsələni araşdırır", -deyə Səməd Seyidov vurğulayıb.