...

Azərbaycanın iki şəhərində yerli telekanal açılması nəzərdə tutulur

Cəmiyyət Materials 7 Aprel 2007 14:52 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Milli Televiziya və Radio Şurası Şamaxı və Əli Bayramlı şəhərlərində yerli telekanallar açılmasını nəzərdə tutur. Bu barədə şənbə günü Azərbaycan Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli açıqlama verib.

O qeyd edib ki, keçən il Şəki və Yevlaxda telekanal açılmasına izacə verilib. Növbədə Şamaxı və Əli Bayramlı olacaq, daha sonra aran zonalarında - İmişli, Saatlı, Sabirabadda yerli telekanal açılması planlaşdırılacaq.

Məhərrəmli onu da deyib ki, hazırda Azərbaycanda mədəniyyət və ya idman kanalının açılması gözlənilmir. Çünki 24 saat bir sahə üzrə telekanalın yayımlanması mümkün və real deyil. Məhərrəmli bunu reklam bazarının zəif olması il əlaqələndirib.

Xəbər lenti

Xəbər lenti