...

Gəncə şəhərində hepatit A virusuna yoluxan xəstələrin sayı iki dəfə artıb

Cəmiyyət Materials 9 Aprel 2007 14:07 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncədə üç ay ərzində 29 hepatit A virusuna yoluxan xəstə qeydiyyata alınıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə (14 xəstə) iki dəfə çoxdur. Bu barədə məlumatı bazar ertəsi Trend in bölgə müxbirinə Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Almaz Tomiyeva məlumat verib. Onun sözlərinə görə, ötən il ümumilikdə Gəncədə 120 nəfər hepatit A xəstəliyinə tutulub. Ötən ilin son üç ayı ərzində xəstəlik kəskin şəkildə artıb. "Ötən ilin sonlarında hər ay 20-25 xəstə qeydiyyata alınıb. Lakin bu ilin martında cəmi doqquz nəfər hepatit A virusuna yoluxub" - deyə A.Tomiyeva məlumat verib.

Onun sözlərinə görə, hepatit A xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə şəhərin təhsil, səhiyyə və bir sıra iyaşə obyektlərində sanitar qaydalara nəzarət gücləndirilib.

Xəbər lenti

Xəbər lenti