...

Sabiq səhiyyə nazirinin Əli Həsənova qarşı iddiası icraata qəbul olunmayıb

Cəmiyyət Materials 11 Aprel 2007 13:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Sabiq səhiyyə naziri Əli İnsanovun Prezident Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənova qarşı Səbayel rayon məhkəməsinə verdiyi iddiası geri qaytarılıb. Bu barədə Trend ə çərşənbə günü Səbayel rayon məhkəməsindən məlumat verilib. Bildirilib ki, iddia ərizəsi düzgün tərtib olunmadığından icraata qəbul olunmayıb və iddiaçıya geri qaytarılıb.

Ə.İnsanov Ə.Həsənovun mətbuata açıqlamalarında onun şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edir.

Ə.İnsanovun YAP-ın icra katibi Əıi Əhmədova qarşı iddiası isə Səbayel rayon məhkəməsində hakim İlham Ağayevin icraatındadır və iddia üzrə məhkəmə prosesi aprelin 24-də keçiriləcək.

Ə.İnsanov Ə.Əhmədovu "Azərbaycan" qəzetinin 7 mart tarixli sayında "Əli İnsanov Heydər Əliyev yoluna xəyanət edib" sərlövhəli yazıda onun şərəf və ləyaqətini təhqir etməkdə günahlandırır.

Xəbər lenti

Xəbər lenti