...

Azərbaycanın yunan-roma güləşçiləri yığması Avropa çempionatına yollanacaq

Cəmiyyət Materials 12 Aprel 2007 17:02 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ Azərbaycanın yunan-roma güləşi üzrə yığması yaxın zamanada keçiriləcək Avropa çempionatında iştirak etmək üçün Bolqarıstana səfər edəcək.

Trend xəbər verir ki, komandanın tərkibinə ötən ilin yekunlarına görə ən yaxşı idmançı Rövşən Bayramov (55 kq), Avropa bürünc medalçısı Fuad Əliyev (60 kq), hərbçilər arasında dünya çempionu Elbrus Məmmədov (66 kq) və bir müddət əvvəl Daşkənddə Qran-Pri qalibi İlqar Abdulov (74 kq) daxildir. Son illər yığma Avropa turnirlərindən həmişə medalla qayıdır. Komandada kifayət qədər təcrübəli idmançıların olduğunu nəzərə alsaq, pəhlzvanlarımızın bu xoş ənənəni davam etdirmək üçün bütün şansları var.

Eyni zamanda Elçin Cəfərovun rəhbərlik etdiyi məşqçilər heyəti hazırda liderlərlə rəqabət apara bilməyəcək ağırçəkili idmançıların xidmətlərindən istifadə etməmək qərarına gəliblər.

Xəbər lenti

Xəbər lenti