...

Rusiyanın Voloqodsk vilayətində "Azərbaycan Günləri" keçiriləcək

Cəmiyyət Materials 13 Aprel 2007 12:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Gələn il Rusiyanın Voloqodsk vilayətində "Azərbaycan Günləri" keçiriləcək. Bu barədə Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulu Qüdsi Osmanovla Voloqodsk vilayəti qubernatorunun birinci müavini N.Vinoqradov arasında cümə axşamı razılıq əldə olunub.

Baş Konsulluqdan verilən məlumata görə, Osmanovun başçılığı ilə Azərbaycan nümayəndə heyətinin Voloqodsk vilayətinə səfəri çərçivəsində bir sıra rəsmi şəxslərlə görüşlər keçirilib. Nümayəndə heyəti Vinoqradovla görüşdə Azərbaycanla Voloqodsk vilayəti arasında iqtisadi, mədəni və digər sahələrdə ikitərəfli əlaqələrin inkişafını müzakirə edib, həmçinin regionda yaşayan altı minə yaxın azərbaycanlının həyat tərzi, qaşılaşdıqları problemlər və onların həlli istiqamətində aparılan işlər barədə maraqlanıblar.

Baş Konsulluq və vilayət Qubernatorluğu Voloqodsk vilayətinin Çerepovets şəhərində oktyabrda keçiriləcək beynəlxalq layihədə Azərbaycanın "Muğam üçlüyü" ilə təmsil edilməsi və 2008-ci ildə regionda "Azərbaycan Günləri" adlı silsilə tədbirlər keçirilməsi barədə qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti