...

Azərbaycan ağırlıqqaldıranları Avropa Çempionatında iştirak edirlər

Cəmiyyət Materials 16 Aprel 2007 11:24 (UTC +04:00)

Fransa, Strasburq/ Trend müxbir E.Məcidli/ Azərbaycanın ağırlıqqaldfranlardan ibarət milli komandası Avropa Çempionatının final mərhələsində iştirak etmçk üçün Strasburqda səfərdədir.

Baş məşqçi Vahid Nəzərovun rəhbərlik etdiyi komandayla hələlik 4 atlet - Sərdar Həsənov, Zülfüqar Süleymanov, Əfqan Bayramov və Asif Məmmədov Strasburqa gəlib.

Yığmanın daha dörd atleti isə bu həftə Strasburqa yola düşəcək. Milli yığmanın digər məşqçisi Vladimir Jilyayev, Namiq Cəmilov, İntiqam Zahirov , Əlibəy Səmədov və Alan Naniyevi də özüylə Çempionata aparacaq.

Qeyd etmək lazımdır ki, Fransanın Strasburq şəhərində keçiriləcək Avropa Çempionatı aprelin 18-də başlayaraq 20-nə qədər davam edəcək.

Xəbər lenti

Xəbər lenti