...

Azərbaycana məxsus kompozisiya WTF-in rəsmi himni ola bilər

Cəmiyyət Materials 16 Aprel 2007 12:27 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. " Z.Səfərov / Azərbaycandan olan kompozisiya Ümumdünya Taekvondo Federasiyasının (WTF) rəsmi himni olmağa iddialıdır. Trend in xəbərinə görə, Federasiyanın İcraiyyə Komitəsinin iclasında bəyan olunub ki, artıq öz kompozisiyalarını Koreya, Fransa, Xorvatiya, Vyetnam, İngiltərə və Azərbaycan nümayəndələri göndəriblər. Taekvondo üzrə Milli Federasiyanın WTF -ə göndərdiyi musiqi parçasının müəllifi Federasiyanın birinci vitse-prezidenti Füzuli Musayevdir.

Qeyd edək ki, məxsusi olaraq WTF üçün ingilis dilinə tərcümə edilən sözügedən himn bir neçə il əvvəl işıq üzü görüb. Həmin kompozisiya Azərbaycanda keçirilən bütün irimiqyaslı taekvondo turnirlərində səsləndirilib. WTF üçün himnin müsabiqəsi üç ay əvvəl yekunlaşıb və indi təşkilat onun nəticələrini elan etməyə hazırlaşır.

Xəbər lenti

Xəbər lenti