...

Azərbaycanın işğal edilmiş ərazilərində təbii sərvətlərin talan edilməsi ölkəyə 23 milyard manatdan çox ziyan vurub

Cəmiyyət Materials 18 Aprel 2007 14:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın işğal altında olan torpaqlarında təbii sərvətlərin ermənilər tərəfindən talan edilməsi nəticəsində ölkəyə dəyən ziyanın həcmi 23 milyard 249 milyon 823 min 960 manatdır. Bu barədə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının, "Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi" və Azərbaycan Ekoloji Standartların Monitorinq Fondunun birgə təşkilatçılığı ilə çərşənbə günü keçirilən toplantıda açıqlama verilib.

Professor Nadir Abdullayev bildirib ki, 23 milyarddan artıq olan dəymiş ziyanın 22 milyard 978 milyon 560 min manatı təkcə yeraltı faydalı qazıntıların istismar edilməsinin payına düşür.

975,9 hektar dövlət əhəmiyyətli zəngin meşə ərazisi qırılıb yandırılaraq məhv edilib, münbit torpaqlar isə erroziyaya uğradılıb. 155 növ müxtəlif faydalı qazıntı yatağı qanunsuz olaraq ermənilər tərəfindən istismar olunur. Şuşa şəhərində 340 kubmetr mineral su ehtiyatı, Kəlbəcərdə qızıl yataqlarından 30 tondan artıq qızıl mənimsənilərək talan edilib. Sərsəng su anbarının, yeddi relikt gölün, onlarla çayın su və balıq ehtiyatları mənimsəlnilir, müxtəlif tullantılarla çirkləndirilərək yararsız hala salınır. Təcavüzkar Ermənistanın zəbt etdiyi ərazilərdəki Laçın, Qubadlı, Daşaltı Dövlət qoruqları, Bəsitçay Dövlət Qoruğunun fauna və florası, 200-800 illik çinar ağacları, nadir dekorativ ağac növləri amansızca qırılıb, məhv edilib.

Toplantıda bildirildi ki, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 70-dən artıq şirkət (onlarnı əksəriyyəti erməni mənşəli adamlara məxsusdur) Azərbaycanın işğal altında olan ərazilərinə cəlb edilərək təbii sərvətlərin talan olunmasında iştirak edirlər.

Xatırladaq ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır.1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub.

Xəbər lenti

Xəbər lenti