...

Azərbaycan UEFA-nın sanksiyalarını Ermənistan futbol komandası ilə Bakı və İrəvanda qarşılışmaqdan üstün tutur

Cəmiyyət Materials 19 Aprel 2007 18:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan tərəfi UEFA-nın sanksiyaları ilə üzləşməyi Ermənistan milli futbol komandası ilə Bakı və İrəvanda qarşılışmaqdan daha üstün tutur. Bu barədə cümə axşamı Bakıda Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Raqif Abbasov məlumat verib.

O qeyd edib ki, Azərbaycan tərəfi Ermənistan yığmasının Tofiq Bəhramov adına satadionda oyuna çıxması üçün təhlükəsizlik zəmanəti verə bilməz.

Nazirlik təmsilçisi bildirib ki, Azərbaycan neytral meydanda erməni futbolçuları ilə qarşılışmağa hazırdır və oyunun neytral meydanda keçirilməsi təklifini irəli sürüb: "Bu ölkələr kimi Ukrayna və İsveçin namizədliyini irəli sürmüşük və bu, UEFA rəsmilərinin nəzərinə çatdırılıb. Əgər Ermənistan tərəfi oyunların Bakı və İrəvanda keçirilməsində təkid etsə, onda biz başqa bir təklif irəli sürəcəyik. Bu isə ondan ibarət olacaq ki, biz Bakıda keçiriləcək oyunun Azərbaycanın təşkilatçılığı və hüquqi nəzarəti altında Xankəndindində keçirilməsini tələb edəcəyik."

R.Abbasov qeyd edib ki, Azərbaycan tərəfi istənilən halda oyunların Bakı və İrəvanda keçirilməsi ilə razılışmayacaq. O deyib ki, Azərbaycan UEFA-nın sanksiyaları ilə üzləşməkdən qorxmur. Çünki futbol oynamaq üçün Asiya çempionatı var. Bundan başqa, sanksiyalar müvəqqəti xarakter daşıyır.

Onun fikrincə, Bakıda keçirilən qarşılışma zamanı baş verəcək istənilən xoşagəlməz hadisədən Ermənistan siyasi məqsədlər üçün istifadə edəcək: "Ermənilər Bakıya bu məqsədlə gəlirlər."

2008-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində Azərbaycan və Ermənistan futbol yağmaları Bakı və İrəvanda qarşılışmalıdır. Azərbaycan tərəfi bununla razılışmadığına görə, oyunların harada keçirilməsi haqqında qərarı iyunda Avropanın ali futbol qurumu olan UEFA verəcək.

Xəbər lenti

Xəbər lenti