...

Murad Dadaşov: "Heç vaxt maşın üstündə bu qədər əməkdar və xalq artisti mübarizə aparmayıb"

Cəmiyyət Materials 19 Aprel 2007 18:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 aprel /müx.Trendlife Eldar Hüseynzadə/

Sözün açığı, may ayında start götürəcək "Maşın-Şou" verlişi məni bir qədər təəccübləndirdi. Əvvəllər şoular kvartalda bir dəfə keçirilirdi, indi isə hər iki aydan bir. Niyə belə tez-tez? "Yeni olan "Maşın-şou"da nə kimi yeniliklər olacaq?" - sualına Murad Dadaşov eksklüziv olaraq Trendlife-a müsahibəsində cavab verir.

-Murad, deyilənlərə görə, "Maşın-şou"nun növbəti versiyası may ayında start götürəcək?

-Dəqiq desək, mayın on birində.

-Bu, sonuncu maşındır?

-Ümid etmək istərdim. Bilirsiniz, "Maşın-şou"nu yaratmaq o qədər də asan deyil. İndi bizim işin ən ağır hissəsidir.

-Bu dəfə hansı ulduzlar iştirak edəcək?

-Bu dəfə "Maşın-şou"nun iştirakçıları ulduzlar olmayacaq. "Maşın" üstündə mübarizəyə teatr və kino aktyorları qoşulacaq. Teatrların rəhbərliklərilə danışıqlar çox çətin gedir. Çünki onların da o qədər işləri var ki, boş vaxt tapmaq çətindir. Heç vaxt bizim studiyada bu qədər xalq və əməkdar artistləri yığışmamışdı, olsa da bir və ya iki nəfər olmuşdu.

-Bu dəfə əsas priz olan maşın hansı iarkalı olacaq?

-Hamının sevdiyi Nissan Tiana, ya da yeni olan Nissan Altima. Hər şey Nurgün Motors rəhbərliyindən asılıdır.

-Bəs niyə bu dəfə estrada ulduzları olmayacaq? Yoxsa müğənnilər artıq beziblər?

-Yox, niyə ki? Bizdə oxuya bilən aktyorlar da olacaq. Sadəcə olaraq kino və teatr aktyorlarının iştirakı maraqlı olardı.

-"Maşını" niyə belə tez-tələsik hazırlayırsıniz?

-Çünki televiziya sezonu iyunda artıq öz işini bitirir. Məndə olan məlumata görə, Azərbaycanda heç bir televiziya layihəsi belə populyarlıq qazanmayıb. Biz efirin vaxtını dəyişdik, bu da daha da çox uğur gətirdi. "Maşın-şou" stabil, uğurlu bir layihədir ki, burda həm intiriqalar, həm də mübahisələr olur. Hətta elə şeylər olur ki, biz onu efirdə göstərə bilmirik, çünki etik normalara uyğun gəlmir.

-Siz fikirləşmirsiz ki, gələcəkdə belə verilişlərin də aparıcısı olasınız?

-Bəlkə də. Lakin bu verilişlər ümumi tamaşaçı kütləsi üçün deyil.

-Sizə elə gəlmir ki, belə tezliklə başlayacaq "Maşın-şou" hamını bezdirə bilər?

-Ola bilər. Mən internet-forumlarda bu haqda çox oxuyuram. O biri tərəfdən götürəndə isə, əgər verilişə tələbat varsa, niyə də olmasın?Axı bu eyni şey deyil. Hər "Maşın" ayrı-ayrılıqda fərqlənir.

-"Primyera" sonuncudur.Yoxsa davamı olacaq?

-Bilirsiniz "heç vaxt "heç vaxt" sözünü demə". Mən nə vaxt ki, demişəm, bu, artıq sonuncudur, amma yenə qayıdıb davam etmişəm. Bu haqda danışmaq bir az çətindir.

-Sonuncu maşında sizi nə təəccübləndirdi?

-Heç nə.

-Siz kimə pərəstiş edirdiniz?

-Mənim üçün fərqi yox idi. İstəyirdim kimin maşını yoxdur, o qalib gəlsin.

Məsələn, ya Aynur Talıbova, ya da qalib olan Ülvi Cəfərov. "Maşın-şou"da bir nəfərə pərəstiş etmək çətindir. Bu gün kiməsə pərəstiş edirsən, sabah onun kimliyini görəndə artıq maraqsız bir adama çevrilir. Biz çalışırıq ki, layihə mədəni şəkildə keçsin. "Korrida" da mənə çətin, yaxın dostum olan Emil Abbasovla oldu. O, xəstəxanaya düşdü. Hazırda da pəhrizdədir ,siqaret belə çəkmir. Çox istərdim ki, Emil finala qalsın. Oyunda o, daha çox izləyiciyə bənzəyirdi. Gəlib mənə deyirdi: "Necə ola bilə rki, dünən dalaşırlar, bu gün gəlib qucaqlaşırlar." Mən də onda belə cavab verirdim: "Şou-biznesə xoş gəlmisən."

-Verilişin birinci buraxlışında iştirakçıların bəziləri özləri gedirdi. Məsələn, Bilal Əliyev kimi. Bu sizi təəccübləndirmirdi ki?

-O, Aygün Bəylər kimi etdi. Bilirsiniz, xalq artistləri başqa cür olur. Onlar intiriqalardan uzaq olurlar.

-Yeni layihə üzərində işləyirsiniz?

-Bəli, yeni sezonda mütləq "Gombullar" şousuna başlayacağıq. Bundan başqa, biz elə bir möhtəşəm layihə üzərində işləyirik ki, bu, məşhur film əsasında qurulacaq. Bu nə olacaq-onu deməyəcəm.

-"Gombullar"ın iştirakçıları artıq məlumdur?

-Bəli, adi insanlardır. Hələ ki, onlar səkkiz nəfərdir. Fikrimiz var ki, onların sayını çoxaldıb on dördə çatdıraq.

-Hamısı verilişin sonuna qədər arıqlayacaqlar?

-Əvvəla, arıqlamağa iştirakçılar da, izləyicilər də arıqlayacaqlar. İkincisi də, heç kim veriliş gedə-gedə ciddi arıqlaya bilməz. Qısa müddət ərzində çoxlu çəki itirmək məsləhət görülmür, sağlamlıq üçün zərərlidir. Sadəcə, biz düzgün qidalanmağı öyrədəcəyik. Fikrim var, gombulları da maşın ətrafına yığım.

Xəbər lenti

Xəbər lenti