...

Gəncədə yeni layihəyə start verilib

Cəmiyyət Materials 20 Aprel 2007 18:08 (UTC +04:00)

Bu gün Gəncədə Avropa Şurası Gənclər Fondunun dəstəyi ilə "Hər kəs bərabər olduğu halda- Hər kəs fərqlidir" layihəsi"nə start verilib. 4 gün ərzində 16 gənc respublikanın 4 şəhərində - Gəncə, Yevlax, Şəki və Bakıda olacaq. Azərbaycanda ilk dəfə həyata keçirilən bu avtobus turu Avropa Şurasının Bakıdakı ofisinin qarşısında başa çatacaq.

Layihənin əlaqələndiricisi Müşfiq Cəfərovun bildirdiyinə görə, aksiyanın məqsədi Qərbdən Şərqə doğru avtobusla səyahət zamanı yerli icma, xüsusilə cəmiyyətdən təcrid olunmuş, əlverişsiz mühitdə yaşayan gənclərin maarifləndirmə yolu ilə cəmiyyətə inteqrasiyasını təmin etməkdən ibarətdir.

"Gənclər və İdman Nazirliyi Azərbaycanda ilk dəfə keçirilən və digər layihələrdən xeyli fərqlənən kampaniyanın nəticələrini izləməkdə maraqlıdır" - Müşfiq Cəfərov belə deyir.

Xəbər lenti

Xəbər lenti