...

Sabir Rüstəmxanlı Gəncə şairlərinin qonağı olub

Cəmiyyət Materials 21 Aprel 2007 14:22 (UTC +04:00)

Azərbaycan, Gəncə 21aprel /müx. "TrendLife" F.Quliyev/ Cəncəbasar deyilən yerdə Gəncə şairləri respublikanın Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı ilə görüş keçirdilər. Görüş zamanı şairin "Ölüm zirvəsi" adlı yeni kitabının təqdimat mərasimi keçirildi. Kitabda Gəncə xanı Cavad xandan bəhs edilir. Hazırda bu senariya əsasən filmin çəkilişlərinə də başlanılıb. Görüşdə iştirak edən respublika Yazıçılar İttifaqının Gəncəbasar şöbəsinin sədri Məmməd Alim Rüstəmxanlının Azərbaycan poeziyasında qoymuş olduğu izlərdən və sözügedən kitabdan bəhs etdi.

Dünya Yazıçılar İttifaqının Gəncəbasar şöbəsinin nümayəndələri də iştirak edən görüşdə həmçinin müasir poeziyanın problemləri müzakirə edildi.

Xəbər lenti

Xəbər lenti