Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşlarının sayı üç minə gədər azaldılıb. Bu barədə çərşənbə axşamı AMEA-nın Rəyəsət Heyətinin illik ümumi yığıncağında hesabat verən Akademiyanın prezidenti Mahmud Kərimov məlumat verib.
Onun sözlərinə görə, elmi səmərəliyin artırılması məqsədilə Akademiyanın 12 min işçisinin sayı 9 minə endirilib. Akademiyanın işinin daha effektli aparılması üçün 2010-cu ilə qədər əlavə islahatlar aparılacaq.