...

Azərbaycan komandası İntertoto Kubokunun birinci raundunda Moldova təmsilçisi ilə qarşılaşacaq

Cəmiyyət Materials 24 Aprel 2007 15:16 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ İntertoto Kubokunun birinci mərhələsində Azərbaycan komandasının rəqibi Moldova futbol klublarından biri olacaq.

Trend in məlumatına görə, UEFA-nın Nyondakı mənzil-qərargahında keçirilən püşkatmanın nəticələrinə əsasən birinci oyun iyunun 3-də Azərbaycanda, ikincisi isə bir həftə sonra rəqib meydançasında keçiriləcək. Lakin hələlik milli çempionatlar bitmədiyi üçün İntertoto Kubokunda iştirak edəcək klubların adları bəlli deyil.

Hazırda yalnız o bəllidir ki, cütlüyün qalibi ikinci mərhələdə İsveçrə təmsilçisi ilə üz-üzə gələcək. Üçüncü mərhələdə isə artıq bu cütlüyün qalibi Almaniya klubu ilə rastlaşacaq.

Qeyd edək ki, ilk üç mərhələni keçən komanda İntertoto Kubokunun digər 10 iştirakçısı ilə UEFA Kubokuna düşmək imkanı qazanacaq.

Xəbər lenti

Xəbər lenti