...

Bakı tələbələri Gəncədə konsert verəcək

Cəmiyyət Materials 25 Aprel 2007 11:35 (UTC +04:00)

Azərbaycan, Gəncə , 25 aprel /müx.Trendlife Fazil Quliyev/ Aprelin 27-də Heydər Əliyevin 84 illiyi ilə əlaqədar Bakı musiqi məktəbi və Milli Konservatoriya tələbələrinin iştirakı ilə Gəncədə konsert düzənlənəcək. Gəncə klassik musiqisevərləri Səbinə Bəylərbəyova, Svetlana Çekinova, Fəridə Mirzazədə, Aybəniz Quliyeva və başqa müğənnilərin ifasında Qərbi Avropa, Azərbaycan və rus bəstəkarlarının mahnılarını eşidə biləcəklər.

Xəbər lenti

Xəbər lenti